Bakıda epoksi aksesuarlar düzəltmək üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az “Salaam Cinema Baku”ya istinadən xəbər verir.
Master-klasda epoksidən istifadə qaydaları, kulon və üzüklərin hazırlanması barədə məlumat veriləcək və praktikada istifadə olunacaq.
Hazırladığınız məhsulları 3 gün sonra təhvil ala bilərsiniz. Həmçinin özünüzlə birlikdə gül quruları və s. gətirə bilərsiniz.
Tədbir 4 mart saat 15:00-17:00 arası “Salaam Cinema Baku”da baş tutacaq. Öncədən qeydiyyatdan keçmək vacibdir. Son qeydiyyat günü 3 martdır. İştirak ödənişsizdir.