Tanınmış tarix tədqiqatçısı Fuad Axundovla görüş keçiriləcək. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az xəbər verir.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında baş tutacaq. Burada Fuad Axundovun 55 illik yubileyinə həsr olunmuş “Bakı sevgisi ilə” adlı yaradıcılıq gecəsi keçiriləcək.
Görüş 29 oktyabr saat 20:00-dan 22:00-dək davam edəcək. Biletləri iticket.az saytından almaq mümkündür.
Qiymətlər 10-39 AZN arası dəyişir.