Bakıda gözdən əlillər üçün kitabxana mövcuddur. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Metronun “Gənclik” stansiyası yaxınlığında, Həsən Əliyev, 300 ünvanında yerləşən kitabxana gözdən əlillər üçün nəzərdə tutulub. Burada 19 nəfər işləyir. Onlardan 12-si görmə məhdudiyyətlidir.
Kitabxanada 35.000 nüsxəlik ədəbiyyat fondu var. Bunların əksəriyyəti bədii ədəbiyyatdır. Fondumuzda yerli və xarici yazarların türk, Azərbaycan, rus, İnglis dillərində ədəbiyyatları mövcuddur.
Burada audiovəsaitlər, CD və brayl əlifbası ilə olan kitablar var. Qurani-Kərimin belə brayl əlifbası ilə tərcüməsi mövcuddur.
“Özümüzə lazım olan qədər kitabları səsləndirməyə çalışırıq. Bu işdə könüllülər köməyimizə gəlirlər. Gəlirlər, səsləndirirlər və sonra, təbii ki, montaj prosesi gedir. Montaj bitdikdən sonra həmin kitabları fonda təqdim edirik”, - deyə kitabxanaçı bildirib.
Bundan əlavə, brayl əlifbası ilə kitablar birbaşa kitabxanada nəşr olunur. Burada Respublikada ilk olan brayl çap aparatı da var.