Bakıda “İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi" adlı konfrans keçiriləcək. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az “Gender Hub Azerbaijan”a istinadən xəbər verir.
Konfrans innovasiya, texnologiya və rəqəmsal sahələrdə 40 azərbaycanlı qıza gender əsaslı stereotiplər və onlara qarşı mübarizəni dəstəkləməklə yanaşı, məlumatlılığı artırmağı hədəfləyir.
Layihə 6 mart tarixində baş tutacaq. Öncədən qeydiyyatdan keçmək vacibdir. İştirak ödənişsizdir. Regionlardan gələn qızların 1 günlük nəqliyyat, yerləşdirmə və qidalanma xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.