Bakıdakı “Nero Dance Center”də 21 aprel saat 18:00-da Hindistandan olan rəqqasə Dhanashree Mehta tərəfindən Hind rəqsi üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az məlumat verir.
Dhanashree Mehta təxminən 12 ildir Hindistan kino sənayesində çalışan xoreoqraf və rejissordur. O, 40-dan çox musiqi klipinin xoreoqrafiyasını və 20-dən çox musiqi klipini idarə edib. O, 15 ildən çoxdur ki, müəllimlik edir.
Rəqqasə bu master-klasda qabaqcıl yarıklassik Bollivud xoreoqrafiyasını öyrədəcək. Klassik Bollivud xoreoqrafiyası, adətən, üz ifadələri və bədən hərəkətləri vasitəsilə hekayə danışır.
Master klasın qiyməti 10 AZN təşkil edir. Əlavə məlumat üçün: +994503949440 (Whatsapp).