Bakının ticarət mərkəzlərinin birində “Hindistan Günləri”nə start verilib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Hindistan Günləri” adlı sərginin açılışında Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Şridharan Madhusudhanan iştirak edib. Stendlərdə ağac məmulatları, ənənəvi hind qabları, kosmetika və Hindistan istehsalı olan zinət əşyaları nümayiş etdirilir.
Ötən il 2 ölkə arasında ticarət dövriyyəsi 1,82 milyard ABŞ dolları təşkil edib. Bu, 2021-ci ildəki göstərici ilə müqayisədə 40% çoxdur. Hindistan bu il ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarına çatacağını gözləyir.
[caption id="attachment_99389" align="alignnone" width="640"]
Foto report.az[/caption]