Bakıda kütləvi qaçış tədbiri keçiriləcək. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Hyundai.az-a istinadən xəbər verir.
“Hyundai Azərbaycan”, Azərbaycan Atletika Federasiyası və "Baku Marathon Club"ın təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak sərbəstdir.
Yarış 2 aprel saat 09:00-15:00 arası Babək prospekti, 61C ünvanında yerləşən “Otoplaza Mall” avtomobil mərkəzində baş tutacaq. Qaliblər hədiyyələrlə, eləcə də medal və diplomla təltif olunacaqlar. Qeydiyyat üçün buraya klik edin.