Bakıda 13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az məlumat verir.
Tədbir İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar keçiriləcək.
Hüquqi yardım saat 10:00-dan 13:00-a kimi Hökumət evində (Üzeyir Hacıbəyov küçəsi, 84, 1-ci qapı) təşkil ediləcək.
Əlaqələndirici şəxs: Araz Həsənli.
Telefon: 055-867-53-32.
Email: araz.hasanli@competition.gov.az.