Bakıda çiyələk festivalı keçiriləcək. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az “Azeri Home Chef”ə istinadən xəbər verir.
Tədbirdə aşpazlardan ustad dərsləri, səfirliklərin çiyələk qabları ilə çıxışı, ulduzların iştirakı ilə əyləncə proqramı, eləcə də Şəhərin yerli brendləri və ən yaxşı restoranları ilə tanışlıqlar olacaq.
Bundan əlavə, ən yaxşı həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, ulduz aşpazların isə ən yaxşıların ən yaxşısını seçəcəyi "Çiyələk Möcüzəsi" kulinariya müsabiqəsi baş tutacaq.
Azyaşlı qonaqlar üçün "Mən çiyələk çəkirəm" rəsm müsabiqəsi və 6 yaşdan 18 yaşa qədər uşaqlar üçün vokal müsabiqəsi keçiriləcək.
Ən diqqətçəkən məqam isə xüsusi olaraq hazırlanmış çiyələkli piroqun dequstasiyasıdır!
Tədbir 13 may saat 12:00-21:00 arası “Sevgi Parkı”nda keçiriləcək. Giriş sərbəstdir.