top
Bakıda küçə parkinqi nəzarətə götürülsə də, “parkovşik”lər öz fəaliyyətlərinə davam edirlər
21 avqust 2023, 08:05
- ↺ +

Bakıda küçə parkinqi nəzarətə götürülsə də, “parkovşik”lər öz fəaliyyətlərinə davam edirlər

Bakıda yeni parkinq qaydaları tətbiq olunsa da, “parkovşik”lər yenə də fəaliyyətlərini davam etdirirlər. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)  istinadən məlumat verir.

Verilən məlumata görə, parkinq haqqı onlayn ödənişə keçirilsə də, “parkovşik”lər sürücülərdən nağd pul tələb edirlər.

AYNA-dan bildirilib ki, parklanmaya görə nağd ödənişlər qanunsuzdur: “7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”.

Sürücülər park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklamanın başlandığını təsdiqləməlidirlər. SMS-lə ödəniş etmək istəyənlər parklanmaya başlayanda 1181 qısa nömrəsinə avtomobilin dövlət nömrə nişanını, parkinq nömrəsini və parkinq yerini bildirməlidirlər. Əks-halda sürücülər cərimələnəcəklər. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.

Dayanacaqlarda müəyyən edilmiş parklanma qaydalarına riayət olunması, ödənişlərin yerinə yetirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma işlərinin aparılması məqsədilə prosesə nəzarətçilər, o cümlədən “Nəqliyyat könüllüləri” cəlb olunublar.

Tətbiqin “Fərdi parklanma talonu” bölməsi vasitəsilə avtomobillərin parkinq yerlərinin təşkil olunduğu yol kənarlarında yerləşən ev və ya binalarda yaşayan avtomobil istifadəçiləri pulsuz parkinq üçün müraciət edə bilərlər. Həmçinin gündə bir dəfə 15 dəqiqəyə qədər parklanma və bazar günlərində küçə parkinqi pulsuzdur.

Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləmək olar.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Bu gün, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Bu gün, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Bu gün, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Aktual Xəbərlər
Bu gün, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Bu gün, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Bu gün, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Bu gün, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Bu gün, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Bu gün, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Bu gün, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Bu gün, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Bu gün, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Bu gün, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Bu gün, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Oxşar xəbərlər