Bakının Sabunçu rayonunda qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində profilaktik tədbirlər həyata keçirilib. Bu haqda bu gün, 27 aprel taixində Baku.ws məlumat verib.
Tədbir zamanı piyada səkilərini zəbt edən, piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar şərait yaradan, pərakəndə ticarətlə məşğul olan satıcılar aşkar edilib.
Polis əməkdaşları həmin şəxslərlə izahat xarakterli söhbətlər apararaq onların yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmalarını bildiriblər.
Həmçinin deyilib ki, qanunsuz küçə satışı ilə məşğul olan şəxslər 80 manat məbləğində cərimə olunacaqlar.