“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında iştirak edəcək azərbaycanlı şahmatçılar bəlli olublar. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan turnirdə Azərbaycandan 18-dən çox şahmatçı iştirak edəcək. Onların arasında Rauf Məmmədov və Gülnar Məmmədova da var.
Tədbirdə iştirak etmək üçün ümumilikdə 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. Onların sırasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var.
Yarış 4 may saat 14:30-da “Baku Crystal Hall”da baş tutacaq.