Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 2-də keçirilən buraxılış imtahanında ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhəri Xətai rayonu 25 nömrəli tam orta məktəbin şagirdi göstərib. Bu haqda bu gün, 28 aprel tarixində Report məlumat verib.
İmtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
Bu tarixdə keçirilən imtahanlarda 28 minə yaxın şagird iştirak edib. 2079 nəfər imtahana gəlməyib, 19 nəfər isə qaydaları pozduğu üçün imtahandan xaric olunub.