Kamera və Orqan Musiqisi zalında milad yarmarkası keçiriləcək. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az “culture.baku” İnstagram səhifəsinə istinadən xəbər verir.
Filarmoniyanın nəzdində olan Kamera və Orqan musiqisi zalında milad bayramına həsr olunmuş yarmarka baş tutacaq. Tədbirdə müxtəlif məhsullar təklif olunacaq, əyləncəli proqramlar təşkil ediləcək.
12 yaşa qədər uşaqlar üçün iştirak ödənişsizdir. 12 yaşdan yuxarı şəxslər üçün 2 AZN ödəniş tələb olunur. Yarmarka 25 noyabr saat 14:00-18:00 arası baş tutacaq. Ünvan: Kapellhaus, 28 May küçəsi, 35.