Bakıda kitab toplama aksiyası keçirilir. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az “ASAN xidmət”ə istinadən xəbər verir.
“Gələcəyə Kitab bağışla!” kampaniyası çərçivəsində 100 məktəbdə kitabxana qurulması və ümumilikdə 5000 kitab toplanması hədəflənib. Aksiyada iştirak etmək istəyənlər paytaxt ərazisində “ASAN xidmət” mərkəzlərinə kitabları təhvil verə bilərlər. Kitabların Azərbaycan və Türk dillərində, bədii və şəxsi inkişaf mövzusunda olması arzuolunandır.
Aksiya 17 mart 2023-cü il tarixinə qədər davam edəcək.