“Salaam Cinema Baku”da kitablar barədə müzakirə gecəsi baş tutacaq. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az icmaya istinadən xəbər verir.
“Dairəvi söhbət” adlı tədbirdə dairəvi şəkildə oturaraq, açıq mikrofondan istifadə olunacaq, kitab haqqında danışılacaq. Xarici və yerli ədəbiyyatın vəziyyəti, müasir dünyada kitabın yeri, postmodernizm ədəbiyyatı, ölkəmizdə onun yeri, təbliğatı, inkişafı və s. mövzularda müzakirələr aparılacaq.
Tədbir 27 avqust saat 19:00-da keçiriləcək. Ünvan: S. Rüstəm, 10.