Bakıda “Meyvələrin söhbəti” adlı tamaşa nümayiş olunacaq. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Beynəlxalq Muğam Mərkəzinə istinadən xəbər verir.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri əsasında və “Muğam dünyanı birləşdirir!” layihəsi çərçivəsində hazırlanan “Meyvələrin söhbəti” tamaşasında deyilir ki, həyatda hər kəsin öz yeri var. Başqalarını alçaltmaqla öz ləyaqətini ucalda bilməzsən.
Tamaşada rolları İskra Tarant, Yevgeni Maksimov, Məmməd Əlili və Sona Abdullayeva, eləcə də xanəndə Elgiz Əliyev ifa edirlər.