top
Bakıda məşhur jurnalist özünü öldürəcəyini elan edib - YENİLƏNİB
06 iyun 2023, 03:32
- ↺ +

Bakıda məşhur jurnalist özünü öldürəcəyini elan edib - YENİLƏNİB

Telejurnalist Ceyhun Rzayev bu gün saat 11-də intihar edəcəyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları məsələyə müdaxilə ediblər.

"Telejurnalist Ceyhun Rzayevin intihar fikrindən daşındırılıb və polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir” - DİN-dən qeyd olunub.

10:22 - Bakıda məşhur jurnalist özünü öldürəcəyini elan edib

Kömək üçün ictimaiyyətə və jurnalistlərə üz tutan tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev bu gün, 6 iyun tarixində intihar edəcəyini açıqlayıb. Bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.

“Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa, üzr istəyirəm. Haqqınızı halal edin.

Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm, bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.

Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı.

Xahiş edirəm, mənə yazmayın və zəng etməyin”.

Daxili İşlər Nazirliyinin rəsmisi, Elşad Hacıyevin sözlərinə görə, telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir müddət əvvəl Ceyhun Rzayev valideynlərinin qanuni həyat yoldaşını iki övladı ilə yaşadığı evdən çıxarmağa çalışdıqlarını bildirib. Onun sözlərinə görə, 2021-ci ildə atası Ağasadıq Rzayev Ceyhundan və ailəsindən evi boşaltmağı tələb edib. Anası Gülcahan Rzayevanın iddiası ilə isə Nəsimi rayon məhkəməsində mülki iş başlanılıb. Məhkəmənin qərarı ilə onun həyat yoldaşı evdə qeydiyyatdan çıxarılıb və indi onun orada yaşamaq hüququ yoxdur.

[caption id="attachment_102536" align="alignnone" width="640"]Ceyhun Rzayev intihar Foto açıq mənbədən[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 10:52

Araq içib qadını söyən tiktoker SAXLANILDI

Xəbər
Bu gün, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Bu gün, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Bu gün, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
Dünən, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
Dünən, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
Dünən, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
Dünən, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbər
Dünən, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Dünən, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Dünən, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Dünən, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Dünən, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Dünən, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Dünən, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Dünən, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Dünən, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Dünən, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Dünən, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Dünən, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
27 sentyabr 2026, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 sentyabr 2026, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
27 sentyabr 2026, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Oxşar xəbərlər