Bakıda məktəblilər arasında suçiçəyi virusu yayılıb. Bu səbəbdən məktəbə gedən şagirdlərin sayı kəskin düşüb. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Ən çox suçiçəyinə yoluxma paytaxtın Yasamal və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində, Xırdalanda, eləcə də Sumqayıtda qeydə alınıb.
Suçiçəyi təhlükəli xəstəlik hesab edildiyi üçün həkimlər valideynləri diqqətli olmağa çağırır. Müalicə vaxtında başlamazsa, uşaqlar bir neçə ay xəstəxanada qalmağa məcbur ola bilərlər.