Azərbaycan hərbçiləri Milli Qəhrəman Albert Aqarunovun xatirəsini ehtiramla yad ediblər. Bu haqda bu gün, 25 aprel tarixində Report məlumat verib.
Hərbçilər əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını, daha sonra Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət ediblər.
Ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedən Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
[caption id="attachment_98337" align="alignnone" width="640"]
Foto Report.az[/caption]