Paytaxtda elə binalar var ki, onların eyvanları qəzalı vəziyyətdədir. Hər an uçma təhlükəsi var. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Space News-a istinadən məlumat verir.
Son illər paytaxt ərazisində eyvanların uçması ilə bağlı bir neçə fakta rast gəlinib. Paytaxt sakinləri deyirlər ki, eyvanların qəzalı vəziyyətdə olması mənzil sahibləri ilə bərabər, həm də ətrafdan keçən sakinlər üçün də təhlükəlidir.
Aparılan monitorinqlər zamanı məlum olub ki, Bakı şəhəri ərazisində minə yaxın qəzalı və təmirə ehtiyacı olan bina var. Sözsüz ki, onların eyvanları da qəzalı vəziyyətdədir. Bu da minlərlə uçmaq təhlükəsi ilə üz-üzə olan eyvan deməkdir. Belə eyvanların təmirinə ehtiyac olarsa, müraciətlər əsasında növbəli şəkildə təmir edilir.
Qəzalı eyvanların əksəriyyəti sovetlər dönəmində tikilən binalara aiddir və onların istismar müddəti başa çatıb.