Sabah, avqustun 2-də Azərbaycan Kinosu Günü münasibətilə Valeh Kərimovla görüş baş tutacaq. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az məlumat verir.
"Moşu Göyəzənli" ləqəbi ilə tanınan Valeh Kərimov Azərbaycan Respublikasının Xalq artisti, həmçinin Prezident mükafatçısıdır.
Görüşlə yanaşı, Kərimovun baş rolda oynadığı "Bəxt üzüyü" komediyası da nümayiş olunacaq.
Görüş saat 16:00-da başlayır və orada iştirak sərbəstdir. İştirak etmək istəyənlər səhifənin şərh bölməsinə "+" qoyub təsdiqləməlidirlər.