Paytaxt ərazisində ümumşəhər iməciliyi keçirilib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbirlər çərçivəsində şəhərdə prospekt və küçələr, səki kənarları, bordürlər və işıq dirəkləri, eləcə də yol kənarındakı məhəccərlər, bir sıra binaların fasadları, park və istirahət yerlərində oturacaqlar yuyulub.
Bundan əlavə, əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərlərindəki torpaq və tozdan təmizlənib. Həmçinin şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllərin əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.
İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib.
[caption id="attachment_97306" align="alignnone" width="640"]
Foto Report.az[/caption]