Bakının “Passaj 1901” məkanında 15-16 aprel tarixlərində ənənəvi olaraq uşaqlar üçün nəzərdə tutulmuş “Kids Festival” təşkil olunacaq. Bu haqda bu gün, aprelin 12-də Bakuplus.az məlumat verir.
Festival saat 11:00-dan 20:00-a kimi davam edəcək. Tədbir zamanı uşaqları müxtəlif oyunlar, master-klaslar, müsabiqələr, şoular və hədiyyələr gözləyir.
Ərazidə, həmçinin fudkort (iaşə sahəsi) təşkil olunacaq. Giriş sərbəstdir. Festivalın tam proqramını burada tapmaq mümkündür.