Bakıda Hindistan günləri keçiriləcək. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Nizami Kino Mərkəzinə istinadən xəbər verir.
Sərgidə müxtəlif Hindistan istehsalı məhsullar təqdim ediləcək, qonaqlar Hindistan mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Sərgi 7 müxtəlif Hindistan şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbir 3-19 mart tarixlərində hər gün saat 11:00-20:00 arası Nizami Kino Mərkəzində keçiriləcək. Sərgidə iştirak sərbəstdir. Əlavə məlumat üçün 070 308 54 51/52.