Bakıda ənənəyə çevrilmiş növbəti Hindistan günləri keçiriləcək. Bu hada bu gün, 1 may tarixində Bakuplus.az xəbər verir.
10 gün davam edəcək sərgidə müxtəlif Hindistan məhsulları nümayiş olunacaq, eləcə də satışa çıxarılacaq. Həmçinin gün ərzində qonaqlar Hindistan mədəniyyəti ilə də tanış ola biləcəklər.
Tədbir “AMAY” Ticarət Mərkəzində 5-15 may tarixlərində hər gün saat 11:00-19:00 arası baş tutacaq. Giriş sərbəst olacaq.