Bakıda II Uşaq Kitab Festivalı keçiriləcək. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Azərbaycan Nəşriyyatları Assosiasiyasına istinadən xəbər verir.
Festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, master-klaslar, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil olunacaq.
Tədbir 8-11 aprel tarixlərində hər gün saat 10:00-19:00 arası Bakı İdman Sarayında (keçmiş Əl oyunları sarayı) baş tutacaq. Giriş sərbəstdir.