YARAT İncəsənət Mərkəzində "İncəsənətdə mənəviyyat" adlı mühazirə keçiriləcək. Bu haqda bu gün, 25 fevral tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
"METAKOD" sərgisi çərçivəsində keçiriləcək müsahibədə sənətşünas, kurator Dilarə Vahabova çıxış edəcək.
Dilarə Vahabova 130-dan çox nəşrin müəllifidir. O, 40 ilə yaxındır ki, Azərbaycan rəssamları və müasir Azərbaycan incəsənətinin aktual problemləri haqqında məqalələr yazır. Onların arasında Rasim Babayev, Tofiq Cavadov, Kamal Əhmədov, Fazil Nəcəfov, Elçin Məmmədovun yaradıcılığına həsr olunmuş kitablar var.
Tədbir 2 mart saat 19:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində baş tutacaq. Giriş sərbəstdir.