Bakıda tıxacda dayanmaq istəməyən sürücü yol hərəkəti qaydalarını pozaraq avtomobilini bordürlə hərəkət etdirib. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Avqustun 2-si saat 10:00 radalərində “Niva” markalı avtomobilin hərəkəti lentə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, video nəzarətə götürülüb, məsələyə hüquqi qiymət veriləcək.