top
Bakıda oğlan kafedə işləyən bibisi qızını bıçaqlayıb: “Kafeyə müxtəlif yad kişilər gəlirdi”
05 oktyabr 2022, 06:40
- ↺ +

Bakıda oğlan kafedə işləyən bibisi qızını bıçaqlayıb: “Kafeyə müxtəlif yad kişilər gəlirdi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nizami rayonunda 33 yaşlı şəxs kafedə xadimə işləyən bibisi qızını öldürməyə cəhd edib. Bu haqda 5 oktyabr tarixində BAKU.WS məlumat verib.

2021-ci il avqustun 13-də Keşlə qəsəbəsindəki “Məhəllə” adlı kafedə Elmir (şərti ad) orada xidmətçi işləyən Səbinənin (şərti ad) işdən çıxmasını tələb edib. Səbinə isə savadsız olduğunu və başqa yerdə iş tapa bilmədiyi üçün kafedə işlədiyini izah edib. Bu sözlərdən əsəbləşən Elmir bibisi qızına çoxsaylı bıçaq zərbələri vurub. Qadın xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib:

“Bibim qızı Səbinənin “Məhəllə” adlı kafedə çalışdığını eşitdim, onun barəsində məndə pis fikirlər yarandı. Onun çalışdığı kafeyə müxtəlif yad kişilərin gəlməsi, Səbinənin onların qarşısına çay qoyması, pivə süzməsi, hadisədən bir neçə gün əvvəl əlində araq şüşəsi ilə kafeyə daxil olarkən görməyim mənə pis təsir bağışladı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs məhkəmədə ifadə verib:

“2011-ci ildə həyat yoldaşımdan rəsmən ayrıldıqdan sonra Lənkəranda, atam evində yaşamışam. 2016-cı ildə isə Bakı şəhərinə gələrək Bakıxanov qəsəbəsində şirniyyat sexində təxminən 2 ay xadimə, sonra 4 aya yaxın aşpaz köməkçisi işləmişəm. İşlədiyim əraziyə yaxın ünvanda kirayədə qalmışam.

Bir müddət sonra isə hazırda kirayədə qaldığım Keşlə qəsəbəsinə köçdüm. İşsiz olduğum üçün yaşadığım ünvana yaxın “Məhəllə” adlanan kafedə təmizləyici işi taparaq orada işləməyə başladım. Kafenin mətbəxində təmizləmə işlərini görmüşəm, ara-sıra müştərilərə qulluq etmişəm. Gördüyüm işlərin müqabilində mənə ayda 300 manat əməkhaqqı verilib”.

Elmir barəsində “Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd”, “Silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək” və “Qanunsuz olaraq soyuq silah gəzdirmə” maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Oxşar xəbərlər