Bakıda avqustun 20-də “Beynindəki Merlin˝ kitabının müəllifi Oarın imza günü və kitabın təqdimatı keçiriləcək. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az məlumat verir.
Görüş saat 15:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında təşkil olunacaq.
Tədbir zamanı “Yalnızlıqdan şizofreniyaya” bestsellerini də əldə etmək mümkün olacaq.
İmza günündə iştirak sərbəstdir. Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).