Qaradağ rayonunda ata minərək sərxoş halda parka gələn şəxs cəzalandırılıb. Bu haqda 5 oktyabr tarixində Qafqazinfo məlumat verib.
Lökbatan qəsəbəsinin mərkəzi parkında 21 yaşlı Elgün Məmmədli (şərti) sərxoş halda ata minərək parka gəlib. Polis əməkdaşları ona atla hərəkət etməsinin parkda istirahət edən insanlarda narahatlıq yaratdığını bildiriblər. Lakin o, polisin etirazına məhəl qoymayıb və parkı tərk etməyib. Gənc polis tərəfindən saxlanılıb və bölməyə aparılıb. Onun barəsində protokol tərtib edilib və 150 manat cərimə edilərək sərbəst buraxılıb.