top
Bakıda polkovnikin həyat yoldaşı onu döyməkdə və hədələməkdə ittiham edib
01 mart 2023, 06:49
- ↺ +

Bakıda polkovnikin həyat yoldaşı onu döyməkdə və hədələməkdə ittiham edib

“Həyat yoldaşım, Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov məni döyür və silahla hədələyir”, - bu sözlərlə Nərgiz Hüseynova mətbuata müraciət edib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az məlumat verir.

Onun sözlərinə görə, onlar 7 ildir ailəlidirlər, iki azyaşlı övladları var.

“İl yarımdır ki, Ceyhun Hüseynov evə gəlmir, əxlaqsız qadınlarla yaşayır. Hər dəfə evə gələndə mənə işgəncə verir. Sonuncu dəfə bu il fevralın 21-də axşam saatlarında evə gəlib, uşaqlarını dostu Mübarizlə apardılar. Daha sonra geri qayıtdı, dövlətin ona verdiyi silahı zorla mənim başıma dirədi və “sənə xəyanət etmişəm” sözlərini deməyimi bildirdi. Həmin görüntüləri dostu Mübariz çəkib. Həmin gecə saatlarla mənə fiziki zorakılıq göstərdi. Uşaqları yenidən evə gətirdi və özü getdi”, - deyə Hüseynova iddia edir.

22 fevral tarixində Hüseynov evə gələrək uşaqları özü ilə aparıb.

“Daha sonra məni zorla çöllük bir yerə aparıb dəmir parçası ilə vurdu. Yenə də mənə ona “xəyanət etmişəm” sözünü dedirtdi. Şok vəziyyətində idim, məni evə gətirərək əl-ayağımı bağladı. Sonra ona yalvardım, əl-ayağımı açdı.

Mənə bildirdi ki, evə gəlib məni yenə döyəcək. Həmin vaxt üstümə bıçaq çəkdi. Səhəri gün pəncərədən yaşadığımız evin həyətinə və oradan da qonşuların həyətinə tullandım. Onlardan biri mənim həyətindən keçməyimə icazə verdi. Mən taksiyə minib Abşeron Rayon Polis İdarəsinə getdim.

Övladlarım tanımadığım qadınların yanındadırlar. Mənim həyatım da təhlükədədir. Ceyhun məni hədələyir ki, dövlətin ona verdiyi silahla məni öldürəcək”, - Hərbi Prokurorluğunun əməkdaşının həyat yoldaşı davam edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin videogörüntülərə əsasən, araşdırmalara başlanılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Xəbər
Dünən, 18:00

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Xəbər
Dünən, 17:38

"Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir" - ŞİKAYƏT

Xəbər
Dünən, 17:25

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

Xəbər
Dünən, 16:34

Abid Şərifov səhhətindən danışdı: "Gəzə bilmirəm"

Xəbər
Dünən, 15:54

Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır

Xəbər
Dünən, 15:22

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Xəbər
Dünən, 14:39

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Xəbər
Dünən, 13:38

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 12:50

Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU

Xəbər
Dünən, 11:50

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

Xəbər
Dünən, 11:18

Cavan Zeynallı: "Heç vaxt pulun arxasınca qaçmamışam"

Xəbər
Dünən, 10:52

Araq içib qadını söyən tiktoker SAXLANILDI

Xəbər
Dünən, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Dünən, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Dünən, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
28 sentyabr 2026, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
28 sentyabr 2026, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
28 sentyabr 2026, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
28 sentyabr 2026, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbər
28 sentyabr 2026, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
28 sentyabr 2026, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
28 sentyabr 2026, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
28 sentyabr 2026, 13:20

Sabah Bakıda yağış yağacaq

Oxşar xəbərlər