Parkda xanımla tanış olmaq istəyən şəxs həbs edilib.
Qaynarinfo-dan verilən məlumata görə, hadisə Səbail rayonunun Badamdar qəsəbəsinqə yerləşən parkda qeydə alınıb.
29 yaşlı M.B. parkda bacısı ilə dincələn Z.M.-nin əyləşdiyi oturacağa yaxınlaşıb və tanış olmaq istədiyini bildirib. Z.M. narahat olub və bacısı ilə evə doğru yola düşüb. M.B. onların dalınca düşərək narahat etməyə davam edib.
Z.M.-nin şikayəti əsasında M.B. saxlanılıb, barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.B. 10 gün müddətinə inzibati həbs edilib.