Bakıda gənc oğlan kirayə qaldığı evdə sevgilisini döyüb. Bu haqda 23 iyun tarixində BAKU.WS məlumat verib.
Bu il fevralın 21-də Yasamal rayonunda 36 yaşlı Faiq onunla kirayə evdə birlikdə yaşayan sevgilisi Fəridəni (adlar şərti verilib) döyüb. Belə ki, Faiq aldığı əməkhaqqının bir hissəsini birinci nikahından olan övladına vermək istəyib, lakin onun sevgilisi buna etiraz edib və nəticədə mübahisə düşüb. Faiq Fəridəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faiqin barəsində Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa xəsarət yetirmə” maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş barışıblar. Zərərçəkmiş məhkəməyə rəsmi qaydada təqdim etdiyi ərizəsini geri götürüb. Bu səbəbdən, barışmanı nəzərə alaraq, Faiq barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.