Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edilib. Bu barədə 23 fevral tarixində Bakuplus.az DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevə istinadən məlumat verir.
Yasamal rayonunda qadınlara qarşı xuliqanlıq hərəkətləri edən taksi sürücüsü 33 yaşlı Röyal Həsənov saxlanılıb. O, taksi xidmətindən istifadə edən xanımlara qarşı hörmətsizlik edib, nalayiq hərəkətlərə yol verib.
Röyal Həsənov 1 ay müddətinə inzibati həbs olunmaqla, 1 illik sürücülük hüququndan məhrum edilib.