Qanunsuz balıq ovlayanlar tutulublar. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Rahib Ağayev, Nəcəfqulu Həsənov, Rüstəm Balaağazadə və Samir Əliyevin Bakı şəhəri akvatoriyasında qanunsuz balıq ovladıqları məlum olub. Onların ov alətləri götürülüb, barələrində protokol tərtib olunub.