Bakıda yerləşən Muzey Mərkəzində Qobustanla bağlı sərgi keçiriləcək. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
"Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar baş tutacaq. Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunacaq.
Tədbir 18 aprel saat 17:00-da baş tutacaq. Ünvan: Neftçilər prospekti, 123a.