Heydər Əliyev Mərkəzində mayın 26-da “Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyov konsert verəcək. Bu haqda bu gün, 27 mart tarixində Qafqazinfo məlumat verib.
Konsert Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunub və iki hissədən ibarət olacaq. Mixail Pletnyovla bərabər, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri də tamaşaçılar qarşısında olacaq.
Dünyaca məşhur pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestri – Rusiya Milli Orkestrini yaradıb və həmin orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.