Bakıdakı Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yenə hücum edilib. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Birliyiт sədri Kəmalə Ağazadənin sözlərinə görə, ötən gün sığınacağa yerləşdirilən uşaqların valideynləri yenidən binaya hücum çəkiblər: “Bununla artıq ikinci dəfədir ki, mərkəzə hücum edirlər, yenidən nə vaxt hücum edəcəklərini bilmirik. Polis davamlı olaraq sığınacağa nəzarət edir, hər dəfə belə yaxınlaşdıqca hücumların qarşısı alınır. Uşaqlar isə hazırda mərkəzimizdədir”.
Faktı Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev də təsdiqləyib. O bildirib ki, Bakıda hücuma məruz qalan sığınacaq polis nəzarətindədir və hadisə ilə bağlı araşdırma aparılır.
Ağazadə, həmçinin Facebook səhifəsində qeyd edib ki, müayinədən keçirmək məqsədilə uşaqları xəstəxanaya aparılan əməkdaşlar uşaqların qohumları ilə üzləşiblər. Sonuncular xəstəxanada mübahisə etməyə başlayıblar. Həmin şəxslər polis bölməsinə aparılıblar. Onların qaraçı olduqları bildirilir.