Bakıda “EcoTech 2023” sərgisi keçiriləcək. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az “EcoTechBaku”ya istinadən xəbər verir.
Sərgidə 14-18 yaşlı şəxslər iştirak edə bilərlər. İştirakçılar 3-5 nəfərdən ibarət komanda yaradaraq davamlılıq və ya texnologiya mövzusuna diqqət yetirən layihə hazırlamalıdırlar. Layihə ərizə forması vasitəsilə “EcoTech 2023”-ə təqdim edilməlidir. Müraciətlərin son tarixi 25 avqustdur.
Sərgi 9-10 sentyabr tarixlərində keçiriləcək. Ətraflı məlumatı layihənin saytından və ya e-poçt ünvanı və İnstagram səhifəsindən əldə etmək mümkündür: