Havaların soyuması ilə əlaqədar Bakıda sahibsiz heyvanlar üçün nəzərdə tutulan layihəyə start verilib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Layihə “OBA” marketlər şəbəkəsi tərəfindən həyata keçirilir. Şəbəkənin mağazaları yaxınlığında küçə heyvanları üçün sığınacaqlar quraşdırılır. Sığınacaqlar yemlə təmin olunur.
Analoji sığınacaqların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulub.
[caption id="attachment_121398" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]