Bu gün, 20 iyul tarixində Bakıdakı Rus Evində xeyriyyə sərgisi açılacaq. Bu haqda Bakuplus.az məlumat verir.
Sərgidə “Nargiz Art Studio”-nu təqdim edən gənc rəssamların və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının “Gənc istedadların sərgiləri” layihəsi iştirakçılarının əsərləri nümayiş olunacaq.
Sərgidə toplanmış vəsait “Good World Animal Rescue & Protection” (GWARP) beynəlxalq qeyri-hökumət təşkilatına göndəriləcək.
Təqdimatın təşkilatçıları Bakıdakı Rus Evi, “Nine Senses Art Space”, GWARP və “Nargiz Art Studio”dur.