top
Bakıda sevgilisi tərəfindən döyülən qadın danışdı: “Heç kəsə şikayət etmədim, çünki o mənim ərim idi”
28 aprel 2022, 00:50
- ↺ +

Bakıda sevgilisi tərəfindən döyülən qadın danışdı: “Heç kəsə şikayət etmədim, çünki o mənim ərim idi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadın sevgilisi tərəfindən girov saxlanılıb. Bu haqda 28 aprel tarixində Bakuplus.az Kriminalqafqaz-a istinadən xəbər verir.

Sabunçu rayonu, Maştağa qəsəbəsində ötən il 28 yaşlı Murad Məmmədov (soyad şərtidir) qeyri-rəsmi münasibətdə olduğu Minəxanım Hüseynovanı(soyad şərtidir) 13 gün həyətindəki yarımtikilidə saxlayaraq dəfələrlə döyüb, sağlamlığına ağır xəsarətlər yetirib. Məhkəmədə ifadə verən Məmmədov bildirib ki, Minəxanımın ailəsi ondan imtina etmişdi və onlar tanış olanda ona yazığı gəldiyi üçün kirayə ev tutmuşdur. Daha sonra isə onlar bir yerdə yaşamağa başlayıblar. Lakin bir müddət sonra Hüseynova tüfeyli həyat sürməyə başlayıb və günlərlə evə gəlmiyib.

“Bir müddət sonra onu yenidən gördüm və evimizin həyətindəki yarımtikilidə qalması üçün gətirdim. Aramızda qısqanclıq zəminində mübahisə düşdüyü üçün onu döymüşəm. Amma onun əl-ayağını bağlamamışam. Minəxanım üçün həmin yarımtikiliyə tez-tez yemək-içmək də aparmışam. 13 gün sonra polislər gələrək bizi şöbəyə aparıb”, - deyə Məmmədov bildirib.

Minəxanım Hüseynova ifadəsində deyib ki, yaşamağa yeri olmadığına görə, Muradın evinə gələrək onunla qalmaq istəyib.

“Mənim daimi qalacaq yerim olmadığına görə, onun həyətindəki yarımtikilidə qalmaq istədim. Murad məni çox qısqanırdı. Dəfələrlə buna görə məni həyətdə döymüşdü. Amma əl-ayağımı bağlamayıb. Mənə yemək də verib. O, hər dəfə məni döyəndə ona yalvarırdım bunu etməsin, artıq ağrıya dözə bilmirdim. Lakin buna məhəl qoymayaraq, məni hər gün döyürdü, hətta qabırğalarımı sındırmışdı. Sonuncu dəfə o, mənim barmaqlarımı sındırdı və başıma elə zərbə vurdu ki, üç tikiş qoyuldu. Amma mən onun sözündən çıxmırdım, həmin evdən gedə biləcəyim halda da heç yerə getmədim və heç kimə şikayət etmədim. Çünki o, mənim ərim idi. Bizim qəsəbədə qadının ərindən ayrılması xoş qarşılanmırdı”, - deyə zərərçəkən Hüseynova məhkəmədə ifadə verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Murad Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Oxşar xəbərlər