Bakıda aparılan abadlıq işləri çərçivəsində paytaxt küçələrində piyadaların hərəkəti daha da asanlaşdırılır. Belə ünvanlardan biri də “Statistika dairəsi”dir. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti 10 yanvar tarixində xəbər verib.
Yasamal rayonu “Statistika dariəsi” adlanan ərazidə yeni panduslar inşa edilib. Nəticədə dairə ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının hərəkətinin rahatlığı və təhlükəsizliyi daha da artırılıb.
Ötən il ümumilikdə 25-dən artıq küçə və prospektdə pandus inşa edilib.
[URIS id=29032]