Bakı şəhəri ərazisində təhlükəli olan minlərlə ağac niyə kəsilmir? Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Space TV-yə istinadən xəbər verir.
Araşdırmalara əsasən, qurumuş ağaclar, əsasən, paytaxtın Nizami, Xəzər, Səbail, Yasamal və Binəqədi rayonlarındadır. Sakinlər bildirirlər ki, elə ağaclar var ki, külək olmasa belə, aşa bilərlər.
“Paytaxtda torpağın münbit olmaması və nazik qatdan ibarət olması ağacların inkişafına mənfi təsir göstərir”, - bu haqda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov deyir.
Ötən il ərzində 3000-dən artıq şam və kiparis ağacları quruduğu üçün kəsilib. Bu ilin 4 ayı ərzində isə bu rəqəm 648-dir.
Baş mühəndis əlavə edib ki, ağacların aşmasının əsas səbəblərindən biri də il ərzində 250-300 gün güclü küləyin əsməsidir.