Paytaxtda təhlükəsizlik kameraları qoyulan ərazilərdə cinayətlərin sayı daha azdır. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, statistika göstərir ki, kameralar quraşdırılan ərazilərdə cinayət əməlləri kamera olmayan yerlərə nisbətdə daha az olur. Əgər vətəndaşlar öz məhəllələrində təhlükəsizlik kameralarının quraşdırılmasını istəyirlərsə, DİN-ə müraciət edə bilərlər.
“Ümumiyyətlə, bu, könüllülük prinsipi əsasındadır. Təbii ki, hər hansı bir vəsait könüllü olaraq bu kameranın quraşdırılması üçün vətəndaşlar tərəfindən verilə bilər. Yəni burada heç bir qayda-qanun pozuntusu yoxdur”, - deyə DİN-in əməkdaşı Nurlan Əliyev qeyd edib.