Bakıda təmir-tikinti materiallarının bahalaşması nəticəsində vətəndaşlar daha çox təmirli bina evlərinə üstünlük verirlər. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Əmlak məsələləri üzrə ekspert Ülvü Əliyevin sözlərinə görə, marağın artmasına digər səbəb da var: 100 kv.m olan mənzilin təmiri hazırda 40-50 min manat dəyərində başa gəlir. Eyni ölçüdə olan hazır təmirli mənzili alan şəxs büdcəsinə 15-20 min manat qənaət etmiş olur.
Ekspert, həmçinin qeyd edib ki, son vaxtlar həm mənzillərin, həm də obyektlərin qiymətində artım müşahidə olunur. Bu vəziyyətin davam edəcəyi də gözlənilir.