Paytaxtda iki avtomobilin sürücüsü tıxacı adlamaq istəyərkən avtomobillərini səkinin üzərində hərəkət etdiriblər. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Binəqədi rayonunda lentə alınan videoda 90-AU-070 dövlət nömrə nişanlı “Toyota RAV4” markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı “Lexus 570” markalı avtomobillər kobud şəkildə yol qaydalarını pozub.