Bakıda taksi sürücüsü ilə sərnişin arasında növbəti mübahisə sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Belə ki, sərnişin qadın taksi sürücüsünün yol boyunca telefonla yazışdığını və diqqətinin yayıldığını lentə alıb. Yolun sonunda sərnişin öz iradını bildirdikdə sürücü ona kobud şəkildə cavab verib. Nəticədə onların arasında mübahisə yaranıb.